Başlanğıc sehife et  Favorit linklere elave et  info@azadmekan.tk

Ana səhifə

Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi ve Azərbaycan Respublikasının Dövlət himnidir.

Azərbaycan Respublikasının Dövlət bayrağı

Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan suverenliyinin rəmzidir. Azərbaycan Respublikasının Dövlət bayrağı eni bərabər olan rəngli, üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir (Milli Məclisin 5 fevral 1991-ci il). Bayrağımızda olan mavi rəng türkçülüyün; qırmızı rəng müasirlik və demokratiyanın; yaşıl rəng isə islamçıların simvoludur. Aypara və səkkiz guşeli ulduz isə xoşbəxtlik və səadət rəmzidir. Bütün bunlar konkret olaraq "Türk soylu, islam imanlı Azərbaycan çağdaş, müasir dünya ile ayaqlaşa, öz səadəti və xoşbəxtliyini tapar" anlamını verir.

Azərbaycan Respublikasının Dövlət gerbi

Azərbaycan Respublikasının dövlət gerbi Azərbaycan dövlətinin müstəqillik rəmzi olub Milli Məclisin 19 yanvar 1993-cü il tarixli 460 saylı qərarı ilə təsdiq edilib. Azərbaycan Respublikasının gerbi haqqındakı əsasnamədə (23 fevral 1993-cü il) Dövlət gerbimiz belə təsvir olunur: Azərbaycan Respublikasının Dövlət gerbi palıd yarpaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən Şərq Qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikası dövlət bayrağının rəngləri fonunda səkkiz guşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır. Azərbaycan Respublikasının Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxan və ulduzun sığınaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır. Burada qalxan-birlik, müdafiə, müqavimət; ulduz-Vətənin cənnət məskəni olmasını; alov-odlar yurdunu, palıd yarpaqlarını-uzun ömürlüyünü və möhkəmliyini, sünbül-bərəkət və bolluğun rəmzi kimi verilmişdir. Gerbdə də bayraqdakı ideyalar öz əksini tapmışdır. Azərbaycan xalqı özünə və bütün dünya xalqlarına əmin-amanlıq, firəvanlıq, xoşbəxtlik və səadət arzulayır. Simvollar "müharibə istəmirik, lakin hər cür hücumdan da müdafiə olunmağa hazırıq"-fikrini verir.

Azərbaycan Respublikasının Dövlət himni

Azərbaycan Respublikasının Dövlət himni Azərbaycan Dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzidir. Musiqisi Üzeyir Hacıbəyovun, mətni Əhməd Cavadın olan "Azərbaycan marşı" Azərbaycan Respublikasının Dövlət himni kimi Milli Məclisin 27 may 1992-ci il 142 saylı qərarı ilə təsdiq edilmişdir.