Başlanğıc sehife et  Favorit linklere elave et  info@azadmekan.tk

Ana səhifə

Güney Azərbaycan

"Bizə miras qoyub ərən babalar,
      Dilimiz, Torpağımız, Qeyrətimiz!"
Şah İsmayıl Xətai
Qacar Dövlətinin sonuna qədər Azərbaycan xanlıqları vahid şəkildə Qacar Ölkələri Birliyi Məmalek-e-Məhruse-ye-Qacar tərkibində olsa da əslində Qacar dövlətinin hökmranı olmuşdur. Təbriz, Qacar dövlətinin 2-ci paytəxti hesab olunurdu Qacar şahları Təbrizdə tərbiyə aldıqdan sonra mərkəzə gedir və padişalıq taxtına əyləşirdi Qacar şahının oğlu və Qacar dövlətinin vəliəhdı yəni gələcək şahı Azərbaycan ölkəsinin başçısı idi və yalnız Azərbaycan hökümdarının böyük Qacar dövlətini padişahlıq zirvəsinə çıxmaq hüquq var idi. Qacar dövləti ilə Çar Rusiyasının arasında baş verən müharibələr və Qacar Dövlətini məğlubiyyəti Azərbaycanın parçalanması ilə yanaşı Qacar dövlətinin də son dərəcə zəifləməsinə gətirib çıxardı. Gülüstan məğlubiyyətinə qədər Azərbaycanın ümumi sahəsi 410 000 kv-km olmuşdur.
Azərbaycanın sərhədləri Dəmirqapı Dərbənddən Həmədana qədər uzanırdı. Çar Rusiyasi tərəfindən işğal olunduqda Şimali Azərbaycanın ümumi sahəsi 130.000 kv-km- olmuşdur. Çar Rusiyasının apardıqı ərazi islahat ları nəticəsində Şimali Azərbaycan ərazisi məhdudlaşdırılmış və 1918-ci ildə Demokratik Azərbaycan Cümhuriyyəti Şimali Azərbaycan ərazisinin 114.000 kv- km də qurula bilmişdir. Çar Rusiyasının necə deyərlər ərazi islahatı Sovetlər İttifaqi tərəfindən də davam etdirilmiş ,Azərbaycanın Qarabağ bölgəsinə ermnilər yerləşdirilmiş və bu bölgəyə müxtar vilayət statusu verilmişdir. Bundan başqa Azərbaycanın Göyçə, Zəngəzur Mehri və... şəhərləri Ermənistanın, Dərbənd Rusiyanın ,Borçalı isə Gürcüstanın tərkibinə daxil edilmişdir. Azərbaycan Respublikası dövləti isə yalnız tarixi Quzey Azərbaycan ərazisini 86.000 kv-km də qurulub, həmin ərazinin 20 faizi isə hələlik Ermənistan silahi qüvvələrinin işğalı altındadır. Azərbaycanın 8 milyon əhalisinin 1 milyondan çoxu öz vətənində didərgin- qaçqın- həyatı sürməkdədir.

Güney Azərbaycan
1925-ci ildə Qacar dövləti rəsmən dağıldıqdan sonra yerdə qalan 280 kv- km Cənubi Azərbaycan ərazisi minimal milli- insani hüquqlarından məhrum edilmiş şəkildə Məməleke Məhruseye İrana daha sonra isə Keşvəre Şahənşahiye İran- Şahliq İranı dövlətinin tərkibində daxil edilmişdir. Güney Azərbaycan xalqı 1925-ci ildən sonra milli azadlığı uğrunda 2 dəfə kütləvi mübarizəyə qalxıb hər dəfə bir il müddətində milli azadlığını əldə etsədə sonunda məğlub edilmişdir. Çar Rusiyasının necə deyərlər ərazi islahatını İranda hakimiyyətə gələn rejimlər də icara etsmişlər, 1925-ci ildən sonra hakimiyyətə gələn şahlıq isuli idarəsi tərəfindən Azərbaycan Şərqi- Qərbi Azərbaycan , Həmədan və Zəngan əyalətlərinə bölünmüş və Azərbaycanı tarixi paytəxti Təbriz süni mərkəzdən qaçış siyasəti hayata keçirilmişdir, bundan başqa o dövrudə Azərbaycanın Ənzəli limani Pəhləvi limanı adlandırılaraq Gilan əyalətinin Qəzvin və Savə mahalı isə Mərkəzi əyalətin və Tehranın inzibati tabeçiliyinə verilmiş dir.Həmədan və Qəzvin şəhərlərinə isə qeyri Azərbaycanlıların kütləvi köçürülməsi başlamış və bu şəhərlərdə qeyri Azərbaycanlıların nisbəti 37 faizə çatdırılmışdır, İslam Cümhuriyyəti qurulduqdan sonra isə bu siyasət bir müddət dayandırılsada İran İraq müharibəsindən dərhal sonra davam etdirilmiş Qəzvin və Ərdəbil ayrica bir əyalətə çevrilmişdir.
Azərbaycanın Ərdəbil əyalətimnin Astara şəhəri isə Gilan əyalətinin tabeçiliyinə verilmişdir. Hal-hazırda Qərbi Azərbaycanın bir neçə şəhərinə Kürdlərin kütləvi köçürülməsi siyasəti ardıcıl olaraq həyata keçirilməkdədir, yerli Azərbaycanlılar Qərbi Azərbaycanın 5-6 şəhərinin Tehran rejimi tərəfindən Azərbaycandan qoparilaraq ayrıca bir əyalətə Mükeryan Kürdüstanı Əyalətinə çevriləcəyindən narahatdırlar.
Tehran rejimlərinin apardığı radikal anti- Azərbaycan siyasəti isə Azərbaycan Türklərinin daxili müqaviməti ilə üzləşməkdədir Cənubi Azərbaycanda əhalinin nisbətini dəyişdirmək mümkün olmasada Qərbi Azərbaycanın 3 şəhərində kürdlərin nisbəti 20 faizə qədər çoxalmışdır. Ağır iqtisadi böhran ücbatından Azərbaycan ərazisindən İranın başqa bölgələri xüsusi ilə Tehrana mühacirətlər davam etməkdədir hal-hazırda 8 milyona yaxın Güney Azərbaycanlı Azərbaycan sərhədlərindən kənarda yaşayır bunların 1 milyondan çoxu siyasi mühacir olaraq Avropa və Amerikada 1 milyonu İranın müxtəlif bölgələri Xüsusi ilə İranın cənubunda 6 milyonu isə Tehran şəhərində yaşamaqdadır Azərbaycanlıların yalnız 20-22 milyon nəfəri Güney Azərbaycan ərazilərində yaşamaqdadır.
Tehran Türkləri daxil olmaqla Güney Azərbaycan Türklərinin milli hüquqlarının bərpası uğrunda sivil mübarizəsi davam edir.

Ərdəbil

Ərdəbil şəhərinin yaxınlıqları Ərdəbil bölgəsinin tarixi Azərbaycan tarixinin tərkib bir hissəsidir. Əksər İran tarixçiləri belə hesab edirlər ki, bu şəhər Sasani hökmdarı Firuz (457-489) tərəfindən tikilmiş və Ərdəbilin 1500 illik tarixi vardır. Lakin, daha əvvəllər hərbi və siyasi nöqteyi nəzərdən Ərdəbil Nəxamənçilər dövründə ən mühüm şəhərlərdən biri olmuşdur və Fars imperiyasının şimalda əsas hərbi bazası sayılırdı.

Ərdəbil bölgəsi İranın şimal-şərqində yerləşir, sahəsi 18500 km2-dır. Ərdəbil bölgəsinə Ərdəbil şəhəri, Xalxal, Meşkin Şahr, Germi (Muğan), Biləsuvar və Pars Abad rayonları daxildir. Tarixi və islam şəhəri olan Ərdəbil bu bölgənin paytaxtıdır. 1996-cı ildə bölgənin əhalisinin sayı 1168000 olmuşdur. Əhalinin 48,8%-i şəhər, 51,1%-i kənd əhlidir, qalan hissəsi isə köçəri tayfalardır. Bölgənin 4 rayonun Azərbaycan Respublikası ilə 282,5 km sərhədi vardır. Araz və Bəlha çayları həmin sərhədin 159 km uzunluğunu təşkil edir. İki məntəqənin - Aslanduz və Biləsuvar köməyi ilə bölgə Azərbaycan Respublikası ilə əlaqə yaradır. Belə ki, Ərdəbil-Astara yolu Heyrandan keçir, Ərdəbili Rəşt, Qazvin və Tehran ilə birləşdirir.

Ərdəbilin müxtəlif coğrafi və iqlimi şəraiti vardır. Ərdəbil bölgəsi əsasən dağlıq hissədən ibarətdir. Bölgəni məhşur Savalan, Talış və Bozquş dağları əhatə edir. Bölgənin ən yüksək zirvəsinin hündürlüyü 4811 metrdir. Ümumiyyətlə Ərdəbil İranın ən soyuq bölgəsidir. İlin 5-8 ayı soyuq hava olur. Bölgənin iqlimi soyuq qış və sərin yay ilə xarakterizə edilir. Biləsuvar rayonu yüksək dağ zonasında yerləşir. Yayı isti, qışı isə sabitdir. Parsabad rayonu da böyük dağ zonasında yerləşiir. Oranın iqlimi mülayim istidir. Muğan rayonu bütün ölkədə inkişaf etmiş kənd təsərrüfatı və heyvandarlıqla tanınır.

Jermi rayonu alçaq və hündür dağ silsilələrinin arasında yerləşir. Yayı istidir, qışı isə mülayim. Xalxal rayonu dağlıq zonadır. Qışı soyuqdur, yayda havalar sabitdir. İlin 5 ayı burada güclü qar və şaxta olur, bu da Əsalem-Xalxal yolunun Talış dağlarından keçən yerinin bu dövrdə bağlanmasına tez-tez səbəb olur. Meşkin Şahr rayonu Savalan dağının qərbində yerləşir və dağ ətəyi zonanı əhatə edir. Qışı soyuqdur, yayı isə mülayim. Ərdəbil bölgəsinin tarixi Azərbaycan tarixinin tərkib bir hissəsidir. Əksər İran tarixçiləri belə hesab edirlər ki, bu şəhər Sasani hökmdarı Firuz (457-489) tərəfindən tikilmiş və Ərdəbilin 1500 illik tarixi vardır. Lakin, daha əvvəllər hərbi və siyasi nöqteyi nəzərdən Ərdəbil Nəxamənçilər dövründə ən mühüm şəhərlərdən biri olmuşdur və Fars imperiyasının şimalda əsas hərbi bazası sayılırdı. Avestaya istinad edərək demək olar ki, Zərdüşt "Dan Usta" çayının (indiki Araz) yaxınlığında anadan olmuş, "Avesta" kitabını Savalan dağının yerləşdiyi zonada yazmış və öz dinini Ərdəbil şəhərində təbliğ etməyə başlamışdır.

Ərəblərin işğalı zamanı Ərdəbil İranın ən böyük şəhərlərindən biri idi və bu şəhərin qalaqapılarında ərəb xəlifəliyin qoşunları müvəffəqiyyətsizliyə uğramışdılar. Vaxtı ilə Ərdəbil yerli hökmdar Bani Sağın hərbi qərargahı olmuşdur və o öz paytaxtını Marağadan Ərdəbilə keçirmişdir və monqolların işğalına kimi Ərdəbil Azərbaycanın paytaxtı olaraq qaldı. Səfəvilər dövlətinin banisi Şah İsmayılın siyasəti nəticəsində bütün iran əraziləri birləşmiş və Səfəvilər dövlətinni paytaxtı Təbriz şəhəri olmuşdur və bu ilə kimi davam etdi. 1528-ci il Səfəvilər dövründə iqtisadi və siyasi cəhətlərdən Ərdəbil İranın ən mühüm şəhərlərindən biri idi. Ərdəbil şəhəri İranı Avropa ilə birləşdirən mühüm ticarət yolunun üstündə yerləşməsi bu şəhərin inkişafına böyük təkan vermiş və bu İranın Gilan vilayətindən Avropaya ipək ticarətini və Avropa mallarının İrana gətirilməsində Ərdəbilin ticarət mərkəzinə çevrilməsinə səbəb olmuşdur.

İndiki dövrdə Ərdəbil bölgənin ən iri və mühüm şəhərlərindən biridir və burada çoxlu tarixi abidələr mövcuddur, əsasən Səfəvilər dövrünə aiddirlər. Bundan başqa Azərbaycan Respublikasına gedən əsas avtomobil yolu Ərdəbildən keçir. Zəngin təbiəti ilə məşhur olan bölgənin ərazisində bir neçə çaylar və isti bulaqlar axır. Bu səbəbdən Ərdəbil turizm mərkəzinə çevrilmişdir və bura hər il minlərlə turistlərin axını olur.

Şəhərin gözəl tarixi abidələri, özünə məxsus memarlıq ənənələri, müqəddəs məscidləri, kilsələri, qədim körpüləri Ərdəbilə xüsusi əzəmət verir. Ticarət mərkəzi olan Ərdəbil bazarı xüsusi memarlıq tərzdə tikilmişdir. Bundan başqa bölgənin təbiəti insanları valeh edir. Savalan dağının ətrafında gözəl təbii vadiləri, Səreynin soyuq bulaqları turistlərin istirahətinə yazda və yayda yaxşı şərait yaradır. Şurabil və Neor göllərinin ətrafında yaradılan istirahət zonaları beynəlxalq turizm standartlarına uyğundur. Bölgənin Azərbaycan Respublikası ilə sərhəd olması, Ərdəbilin iqtisadiyyatına və turizm infrastrukturunun inkişafına böyük təkan verir.

Bölgənni əsas tarixi, mədəni və turizm mərkəzləri aşağıdakılardır:

Ərdəbil şəhəri
Ərdəbil şəhəri Tehrandan 639 km aralıqda yerləşir. Savalan dağı ilə qonşuluq Ərdəbilin iqliminə ciddi təsir göstərir. Dağ rayonlarında qışda möhkəm şaxtalar, düzənliklərdə isə hava sabit olur. Ərdəbil adına Avesta kitabında rast gəlmək olur (Artavil - müqəddəs yer mənasını verir). Tarixçilərin fikrincə Ərdəbil şəhərinin əsası Vazai Firuz tərəfindən qoyulmuşdur. Arxeoloci qazıntılar nəticəsində burada qədim tapıntılar aşkarlanmışdır və bu qazıntılar Ərdəbilə qonşu olan Nəmin şəhərində də aparılmışdır. Aşkarlanmış Urartu epiqrafik yazılar bizim eradan əvvəl 9-7 əsrlərə aiddir və bu sübut edir ki, Ərdəbil qədim insan sivilizasiya mərkəzlərindən biridir.

Ərdəbilin şəhər tarixi, mədəni, turizm mərkəzləri:
- Ərdəbilin 48 km Neor gölü
- Şurabil gölü
- Balıqlı Çayın sahilləri
- Savalan dağının və ətraf meşələrin vəhşi həyatı
- Gurgür şəlaləsi (Savalan dağı)
- Səreyn isti bulağı
- Bila Darq mineral bulağı
- Ərdəbildə Şeyx Səfi türbbəsi
- Şeyx Jəbrayılın türbəsi
- İmamzadə Salühün məqbərəsi
- Mirzə Əli Əkbər, Jümə məscidləri, Müqəddəs Məryam kilsəsi,
- Qara su, Yeddi göz, İbrahim Abar Yaquvayeh, Seyid Abad Samian, Kolxoran, Nir, Almas, Şarh çay, Qulandə körpüləri.
- qədim hamamlar - Oç Dakkan, Pir Zərgər, Mirzə Həbib, Hacı Şeyx, Molla hadi, Səfəvilər və Hacı Rəhim
- Qədim bazar kompleksi
- Ərdəbilin qədim binaları
- Qədim təpələr: Qara Şirvan, Narnc təpə, Sərgin, Ağ İmam, Qour təpəsi, Olo təpəsi, Karkaq təpəsi.
- Şam Absi və Karğan məzarlıqları
- Şater Qünbadi şəhər gülləsi
- Daxmeh Sanqi mağarası

Meşkinşəhr şəhəri
Meşkinşəhr şəhəri Tehrandan 839 km aralıda Savalan dağının yaxınlığında yerləşir. Şəhərin bu rayonun özünəməxsus dağ havası var. Qədimdə bu şəhəri adı "Xeyav" olmuşdur.
Şəhərin və rayonun görməli yerləri:

- Moved və İlan Doğan bulaqları
- Qara Su çayının sahilləri
- Qatır Su bulaqları
- Qaynarlı bulağı
- Mavand bulağı
- Qədim Meşkinşəhr qalası
- Ağaeh qalası
- Div qalası
- qənbər təpəsi
- Sasani dövrünün epiqrafik abidələri
- Anaar qədim məzarlığı
- Moşkində Şeyx heydərin məzarı
- İmamzadə Seyid Süleymanın məqbərəsi
- Cənnət Sara məscidi
- Həsən Daş müqəddəs yeri.

Xalxal
Xalxal şəhəri Tehrandan şimali-qərbdə 549 km-də yerləşir. Xalxalın şərq rayonlarının iqlimi soyuq, şimalında və Cənubunda isə iqlim sabitdir.
Şəhərin və rayonun səyahət yerləri:

- Abgərm isti bulaq suları və isti mineral bulaqlar
- Xəms kəndində İmamzadə Mirzaman və Seyid İbrahim məzarları
- Danual müqəddəs yeri
- Xams kəndində Cami və Nur məscidləri
- Yandım Abad kəndində tarixi mağara
- Gərmxanə kəndində mağara

Dəşti Muğan (Muğan düzənliyi)
Muğan düzənliyi Araz çayının və Talış dağları silsiləsinin şimal hissəsində Savalan dağının ətrafından Xəzər dənizinə kimi uzanır. Bu gün bu əraziyə 3 rayon daxildir: Pars Abad, Biləsuvar və Germi. Bu yaşıl gözəl düzənliyin bir çox görməli yerləri var:

- Araz çayının sahili
- Şahrak gölü
- Muğanda böyük kənd təsərrüfatı və Heyvandarlıq kompleksləri
- Oltan mağarası (Pars Abad)
- Qız qalası
- Xudafərin körpüsü
- Xarman, Naader təpələri
- Aslandüzda qədim məzarlıq.

Heyvanlar aləmi
Ərdəbil bölgəsinin zəngin heyvan aləmi vardır. Savalan dağının meşələrində çoxlu təbii qoruqlarda vəhşi heyvanlar özlərinə məskən salmışdılar. Bir çox qoruq: Şirvan dərəsi, Movil, Humanq meydanı, Qara göl, Xoruzlu Muğan, Ağababa, Hacılı, Tavnaq, Hasan Darresi, Ərbab kəndi və orada məskən salmış heyvanlar: tur, qaban, ayı, tülkü, caanavar və quşlar dövlət tərəfindən qorunur.

Bölgədə səyahət və turizm
Əyalətin bütün şəhərləri və rayonları yüksək səviyyəli avtomobil yolları ilə bir-biri ilə bağlıdırlar və bu bölgədə səyahət etmək çox asan və əlverişlidir. Lakin Xalxal rayonu dağlıq zona olduğundan və burada sərt qış mövsümündə arasıkəsilməyən qaryağmalar bu rayonu qışda o biri rayonlarla əlaqəni çətinləşdirir.

Ərdəbildə nəqliyyatın bütün növləri fəaliyyət göstərir. Bu bölgədə iki aeroport var: Ərdəbildə və Muğan düzənliyində, buradan Tehrana və İranın başqa bölgələrinə uçmaq mümkündür. Ərdəbildə yüksək servisi olan qonaq evləri, mehmanxanalar, restoranlar turistlərin hizmətinə hazırdırlar.

Qəzvin

Qəzvin şəhəri Qəzvin şəhəri Tehranın qərbində 144 km da düzənlik zona yerləşir. Şəhərin təməli Sasanilər sülaləsindən olan I Şahprur tərəfindən qoyulmuşdur. Qəzvin Ərəb xəlifəliyinin mühüm hərbi bazasına çevrilmişdir. Əməvilər dövründə Qəzvində ən əzəmətli məsçidlərdən biri inşa edilmişdir. Bu Cümə məscidi Harun Ər-Rəşidin dövründə tikilmişdir. Səfəvilər Qəzvini paytaxt seçdiyində, burada böyük tikinti...

Coğrafiya və tarix
Coğrafi mövqeyinə əsaslanaraq, Qəzvin əyaləti körpü rolunu oynayır: ölkənin paytaxtını şimal və qərb rayonları, Avropa və Qafqaz ölkələri ilə birləşdirir. Kənd təsərrüfatının inkişafı üçün uyğun şəraiti vardır. Qəzvin əyaləti 1996-cı ildə Tehran əyalətindən ayrılmış və ölkənin yeni bir əyalətinə çevrilmişdir. Qəzvin və Takestan şəhərləri əyalətin inzibati və siyasi mərkəzləri statusu almışdır. Qəzvin əyalətinin əhalisi 1996-cı ildə 968257 nəfər olmuşdur ki, onlardan 57,11% şəhər, 42,89% kənd əhalisidir. Coğrafi baxımdan Qəzvin əyaləti 2 dağlıq və düzənlik hissəyə bölünür. Dağlıq hissəyə şərqdə yerləşən Əlborz dağları və cənub ərazilər daxildir.

Əyalətin iqlimi şimalda soyuq, cənubda sabitdir. Ümumiyyətlə, qışı soyuq və qarlı keçən bu ərazidə, yay ayları nisbətən mülayim və isti olur. Qədim yunan yazılarında Qəzvin haqqında məlumat Midiya hökmdarları haqqında məlumatlarda təsadüf olunur ki, bunlar da bizim eradan əvvəl 9 əsrə aiddir. Qəzvin əyalətinin ərazisində çoxlu tayfalar və qəbilələr yaşamışdır, və qədimdə bu ərazi daim müharibə zonası olubdur. Erkən islam dövründə Qəzvin ərəb qoşunları tərəfindən zəbt olunmuşdur. Səfəvilərin hərəkatının başlandığı dövrdə Qəzvin onların paytaxtı olmuşdur. Tehrana yaxın olduğundan Qəzvin Qacarlar dövründə dövlətin mühüm mərkəzlərindən biri olubdur.

Qəzvin
Qəzvin şəhəri Tehranın qərbində 144 km da düzənlik zona yerləşir. Şəhərin təməli Sasanilər sülaləsindən olan I Şahprur tərəfindən qoyulmuşdur. Qəzvin Ərəb xəlifəliyinin mühüm hərbi bazasına çevrilmişdir. Əməvilər dövründə Qəzvində ən əzəmətli məsçidlərdən biri inşa edilmişdir. Bu Cümə məscidi Harun Ər-Rəşidin dövründə tikilmişdir.
IX əsrdə Qəzvin şəhərinin qarşısında yeni qala tikilmişdir ki, bu qala mübarək Mədinə adı almışdır. Xəlifə Harund əl Rəşidin əmri ilə mübarək Mədinə qalası yenidən qurulmuş və onun ətrafı boyu yeni qala divarları tikdirmişdir. Onun ölümündən sonra, şəhərin yenidənqurulması və genişlənməsini türk hökmdarları tamamlamışdılar.
XII əsrinin sonnuda Qəzvin və İsmayıl qalası monqolların hücumuna məruz qalmışdır. İsmayillilər hərəkatı və onların mərkəzi hökumətlə apardığı uzun mübarizə Qəzvinin tarixinə böyük təsir göstərmişdir. İsmayillilərin müvəffəqiyyətləri Qəzvini yeni bir mərkəzə çevirmişdir. Səfəvilər Qəzvini paytaxt seçdiyində, burada böyük tikinti və yenidənqurma işləri aparılmışdı. Qacarlar paytaxtı Tehrana keçirdikdə, Avropaya gedən yolun yaxınlığında yerləşən Qəzvinin də bir şəhər kimi əhəmiyyətini artırmışdır. Hal-hazırda Qəzvin İranın iqtisadi, sosial cəhətdən inkişaf etmiş mühüm şəhərlərindən biridir. Dinamik inkişaf edən sənaye və kənd təsərrüfatı İranın ümumi inkişafına xidmət edir.
Qəzvinin görməli tarixi yerləri:

- Mineral su bulaqları
- Əli Qapısı və Çehel Sütunu
- Ələm ut, Novzerşah, Lambsar, Semiran, Sanqrud, Şəhrək, Sasan, Şirkuh və s. qalaları
- Sanqi qalasının kufi yazıları ilə bəzədilmiş daşları, Baracin qalası
- Bir neçə mineral su bulaqları
- Yaleh Qonbad və Qafar Qondbad məqbərələri
- Bir neçə qədim ev binaları: Rəzəvi, Səidə, Zərbxanə, Gülşən, Vasir, Hadqi və Şahrudi
- Seyid Əlixan və Selehsalar qədim məqbərələr
- Həsən Abad və Şah Kuoh qədim qəbristanlıqları
- Qədim Qazorxan və Hərzvil kəndləri
- Nostar Abad, Qazançlar, Hüseyn Abad, Meşkin təpə, Əvlənd təpə, Ağa baba, Dalat Abad təpələri
- Bir neçə qədim bazarlar
- Karvansaraylar
- Qədim Qəzvinin darvazaları (qala qapıları)
- Kolah-Fərəngi muzeyi
- Kəbir, Heydəriyə, Məscidolnəbi və Sancidə Cami məsçidləri
- Qədim məktəb və mədrəsələr
- Qədim məqbərələr və movzaleylər
- müqəddəs yerlər.

Takestan
Bir vaxtlar "Siadeh" və "Siadhen" adlandırılan Takes stan şəhərinin qədim tarixi var. Bu şəhərin çiçəklənməsi və inkişafı Sasanilər dövrünə təsadüf olunur. Sasanilər zamanında bu şəhərdə böyük tikinti işləri aparılmışdır və Təpə Xudaya inşa edilmişdir. Takestan Tehrandan Avropaya gedən yolun üstündə yerləşir və əyalətin kənd təsərrüfatının mərkəzidir.
Görməli yerləri:

- Yaleh bulağı
- Avağ isti su bulağı
- Soltan Abad, Xandu və Dakan qədim təpələr
- Xaleh Doxtar qalası
- müqəddəs yerlər

Turizm
Qəzvin və Takestan tanınmış turizm mərkəzlərindəndir. İnkişaf etdirilmiş nəqliyyat yolları, telekommunikasiya vasitələri, rahat mehmanxanaları, yüksək səviyyəli servisi turizm üçün əlverişli şərait yaratmışdır. Hər bir turist buranı tərk edəndə özü ilə yadigar olaraq suvenirlər aparır: əl xalçaları, keramik əşyalar və s.

Həmədan

Həmədan şəhərində Ələviyan məscidi Həmədanın yaranma tarixi xristianlığın yaranmasından əvvəl dövrə təsadüf edir. Həmədan Midiya hökmdarlarının yay paytaxtı olmuşdur, sonradan adı dəyişilib Ekbatan və ya Heqmatani kimi tanınmışdır. Həmədan şərq sivilizasiyasının mərkəzlərindən biri sayılır. Tarixi məlumatlara görə bu şəhərdə Həft Həssar (7 divar) adlı 1000 otaqlı qala olmuşdur... 19000 kv.km. artıq sahəsi olan Həmədan əyaləti İranın qərb hissəsində yerləşmişdir. Həmədan şimaldan Zəncan əyaləti ilə, cənubdan Lorestan, şərqdən Mərkəzi əyalətlər ilə, qərbdən isə Kermanşah və Kürdüstan ilə sərhəddir. Həmədan ərazisi qarlı zirvələri olan dağlar ilə və münbit vadilərlə məşhurdur.Həmədanın ən hündür zirvəsii 3574m. olan Əlvand dağıdır. Həmədanın iqlimi soyuqdur. Dağ rayonlarında səkkiz ay qar olur və bu yay aylarının sərin keçməsinə və təbiətin gözəl olmağına şərait yaradır.

Həmədanın ərazisində müxtəlif mənşəli xüsusi mədəniyyəti və adət-ənələri olan əhali yaşayır. Son statistik məlumata görə burada 1,650,000 əhali yaşayır. Əhalinin əksəriyyəti müsəlmanlardır. Və əyalətin ayrı-ayrı rayonlarında əhali fars, türk, lori, lak və kürd dillərində danışırlar, hamı fars dilini bilir və başa düşür. Əhalinin əsas hissəsi vilayətin 6 şəhərində yaşayır. Həmədanda: (Əyalətin paytaxtı), Məlayerdə, Nəhavəndda, Tonsərkanda, Kəbud rahəngda, Əs ədabadda. Əyalətin əhalisi əsasən kənd təsərrüfatında və yeyinti sənayesinin müəssisələrində işləyirlər. Həmədan şəhərində İranın böyük əyalətləri və şəhərlərinə - Qəzvinə, Tehrana, Kermanşaha, Məlayerə, Borucəzdə, Savəyə gedən yollar kəsişir. Gəlin Həmədana səyahətə çıxaq: Həmədan vilayətinin əsas şəhəri

Məlayer
Həmədan şəhərinin 90 km cənubunda yerləşir. Dağlıq yer olan Məlayerin sabit iqlimi var. Şəhərin qədim tarixi var. Məlayyerin keçmiş adı Dövlət Abad olub. Əsasən Qacarlar dövründə tikilibdir. Tanınmışı ticarət mərkəzinə çevrilməsinə Xuzestan yolunun üstündə yerləşməsi səbəb olmuşdur. Şəhərin kənarında qədim mağaralar var. Mərkəzində isə qədim qalaların qalıqları öz əzəmətini saxlamaqdadır. Məlayerin gözəl üzüm bağları, parkları və qonaq evıləri səyahətçiləri gözləyir.

Nəhavənd
Həmədanın 150 km-də yerləşən Nəhavənd qədim tarixi şəhərlərdən biridir. Bu şəhər Sasani və ərəb qoşunlarının daim müharibə apardığı yerdir. Qədim ariya tayfalarının mərkəzi olmuşdur və aparılan arxeoloci qazıniılar burada inkişaf etmiş qədim sivilizasiyanın olmasını təsdiq edir. Sasani dövrünə aid tarixi abidələr və arxeoloci tapıntılar Nəhavəndin yaxınlığında da olan Qara Joqha kəndində aşkar edilmişdir. Ümumiyyətlə şəhərin ətrafı çox qədimdir. Şəhər sənətkarların əl xalçaları məşhurdur. Əhalinin əsas hissəsi kənd təsərrüfatı ilə məşğuldur.

Toysərkan
3 kəndin Toy, Sərkan və Şəkan birləşməsi nəticəsində yaranan Toysərkan şəhəri Həmədan şəhərinin cənubunun 100 km-də yerləşir. Qədim adı Roudlar olubdur. Monqol işğalı zamanı tamamilə dağıdılıb və xalq adları yuxarıda çəkilən kəndlərdə məskunlaşıb və bununla da tam qırılmaqdan xilas olmuşdular. Toysərkan şəhərinin mərkəzi qədim tarixi abidələr ilə zəngindir. Baba Kamal, Roudlar, Şahristan təpələri, qədim Sasani şəhərinin qalıqları, Səfəvilər dövrünə aid Şeyx Əli Xan məktəbi, Qacar dövrünün bazarı.

Kəbud rahəng
Həmədanın şimalından 50 km aralıqda yerləşir. Əsas kənd təsərrüfatı zonasıdır və bu ərazinin inkişaf edilməsi bir neçə il bundan əvvəl başlamışdır.

Əs ədabad
Dağlıq şəhər olan Əs ədabad islam həmrəylik hərəkatının rəhbərlərindən biri olan Seyid Jəmaləddin Əs ədabadi Əl-Əfqaninin vətənidir. Əs ədabad İranın telekommunakasiya sənayesinin yerləşdiyi sahələrindən biridir.

Həmədanın tarixi
Həmədan tək İranın yox, həm də bütün dünyanın qədim şəhərlərindən biridir. Yaranma tarixi xristianlığın yaranmasından əvvəl dövrə təsadüf edir. Həmədan Midiya hökmdarlarının yay paytaxtı olmuşdur, sonradan adı dəyişilib Ekbatan və ya Heqmatani kimi tanınmışdır. Həmədan şərq sivilizasiyasının mərkəzlərindən biri sayılır. Tarixi məlumatlara görə bu şəhərdə Həft Həssar (7 divar) adlı 1000 otaqlı qala olmuşdur və o, öz əzəmətinə görə Babil şəhərindən heç də geri qalmırdı.

İranın ətrafında bütün xalqlar qədim dövrdən ta orta əsrlərə kimi Həmədanı əllərinə keçirməyi arzulayırdılar. Şəhər bir neçə dəfə işğala məruz qalıb. İlk dəfə Assuriyalılar Həmədanı dağıdıblar. Monqol və Teymurləngin qoşunlarının işğalı zamanı şəhər yenidən yerlə yeksan edilmişdir. Osmanların hücumunu Həmədanlılar qəhrəmancasına dəf edə biliblər. Həmədan məşhur yazıçı, müəllimlər, şairlər vətənidir. Bu şəhərdə Eynəlgüzzat Həmədani, Xayə Rəşidəddin Fəzlullah, Adham Həmədani, Baba Tahir Üryan və Mirzadə Eşqi yaşayıb yaratmışlar. İbn Sinanın və Baba Tahirin məzarları bu şəhərdədir. Həmədan islam dövründə də bir mərkəz kimi öz əhəmiyyətini saxlamışdır.

Həmədan bu gün
Həmədan Tehranda 336 km aralıda Əlvənd dağının ətəyində yerləşir. Ulduzvari İmam Xomeyni adına meydan şəhərin mərəkəzində yerləşir və meydandan şaxələnən yollar şəhərin bütün qütblərinə aparır. Bu meydanda qədim tarixi abidələr də az dleyil. Şəhərin mərkəzində olan tarixi memarlıq abidələri qorunub saxlanır.
İndiki dövrdə şəhərin yenidən qurulması və genişləndirilməsi şəhərin tarixi simasını dəyişdirməmişdir.

Həmədanın görməli yerləri
Həmədan şəhəri sərin və sabit iqlimə malikdir. Bütün səyahətçilərin yadında qalan yerlərdən Əlvənd dağının zirvəsinin, Abbasabad təbiət vadilərinin mənzərələri olmuşdur. Aparılan arxeoloci qazıntılar zamanı Midiya və Əhəmənilər dövrünə aid nadir tapıntılar aşkarlanmışdır. Qədim lövhələr, qızıl və gümüş əşyalar Həmədanın tarixi muzeyində özünəməxsus yer tutmuşlar.
Həmədanda səyahət eləməli tarixi yerlər hələ də çoxdur. Onların bir neçəsinin adını çəkmək istəyirik:

Daş Şir (Şir daşı)
Daşdaş düzəlmiş və şirə oxşayan bu tarixi abidə Parfiya dövrünə aiddir.

İbn Sinanın memarlıq abidəsi
Məşhur alim İbn Sinanın məzarı və onun üstündə olan türbə 1954-cü ildə tikilmişdir. Bu türbə qədim Qabus Voşmiq şəhərinin qülləsi ruhunda bəzədilmişdir. Burada əlyazmalar kitabxanası yerləşir. Kompleksin həyətinəd Qacarlar dövrünün tanınmış şairi və bəstəkarı Əbülqasim Arifin məzarı yerləşir.

Baba Tahir məqbərəsi
Həmədanın gözəl parklarından biri də romantik şerlər müəllifi Baba Tahirin məqəbərəsi tikilmişdir. Və bura həmədanlıların ən çox ziyarət etdikləri yerlərdən biridir.

Müqəddəs yerlər
Həmədan xalqı həmişə müqəddəs yerlərə, pirlərə dərin hörmət və ehtiram bəsləmişdir. Həmədanda tanınmış İmamzadə İsmayılın, İmamzadə Abdullanın adı ilə bağlı müqəddəs yerlər, movzaleylər, cami məsçidləri və xanekahlar vardır.

Epiqrafik abidələri Həmədanda səyahət eləyən turistlərin əksəriyyəti Epiqrafik yazıları olan abidləri görmək istəyirlər. Bu yazılar Əlvənd dağında olan qalanın divarlarında təsadüf olunur və epiqrafik yazıları Əhəməni dövlətinin hökmdarı Daranın dövrünə aiddir. İndi bu abidələri görmək üçün Abbasabadın gözəl tarixinə təşrif göstərmək lazımdır.

Ələvilər məqbərəsi
Bu Həmədanda olan mühüm əhəmiyyətli islam abidəsidir. Məqbərə Həmədanın mərkəzi meydanında, səlcuqlar dövründə tikilmişdir. Bu məqbərədə Ələvilər ailəsinin 2 üzvünün məzarı var.

Qurban gülləsi Şəhərin şərq hissəsində yerləşən bu abidənin kərpicdən tikilmiş 12 guşəli məqbərə və formaca piramidaya oxşayır.

Ester və Mordexay məqbərəsi
Daşdan tikilmiş bu kompleksin içində taxta qutularda antik dövründən qalmış Tövratın əlyazmaları vardır. Adları Tövratın bu əlyazmalarında çəkilən iki yəhudinin: Xaşayarşahın həyat yoldaşı və onun dayısının məzarları da bu kompleksdə yerləşir.

Mağaralar
Həmədanın dağlarında saysız-hesabsız mağaralar var. Alisods mağarasını xüsusilə qeyd etmək lazımdır. Yerli əhali onu Əlisədr və Əlisad adlandırırlar. Bu mağaranın içində uzunluğu 10 km-ə kimi olan göl də var. Mağaranın divarları və tavanı heyranedici stalaktitlərlə örtülmüşdür. Mağaranın içində və göldə heç bir canlı yaşamır, bunun da əsas səbəbi təbii gün işığının olmamasıdır.
Mağaranı seyr etmək üçün turistlərə qayıqlar və katerlər təklif olunur. Mağaranın orta hündürlüyü 8 metrdir. Lakin bəzi yerlərdə hündürlük 40 metrə çatır.

Heyvanlar aləmi
Həmədan əyalətinin mühaizə edilən iki qoruğu var. Biri qərbdə Əs ədabadda, o birisi şərqdə Məlayerdə - Laşkarda. Əs ədabad qoruğu öz quşları ilə məşhurdur: ördəklər, qazlar, şahin və s. Vəhşi heyvanlardan bəbir, boz ayı, sıldırım qayalarda turlar və antiloplar yaşayırlır.

Əyalətdə səyahət və turizm
Turizm və səyahət üçün Həmədan bütün infrostrukturaya malikdir. Geniş yollar, nəqliyyatın bütün növlərinin dəqiq işləməsi, telekommunikasiyanın inkişafı bu vilayəti səyahət etməyi asanlaşdırır. Həmədanın aeroportu yerli və beynəlxalq reysləri həyata keçirir.

Həmədan suvenirləri
Həmədan gözəl əl xalçaları, keramik qab-qacağı və dəri məmulatları ilə məşhurdur. həmədan xalçaçılıq mərkəzidir. İran xalçaçılıq kompaniyasının mərkəzi ofisi burada yerləşir. Həmədan xalçaları öz gözəl naxışları ilə bütün dünyada şöhrət qazanıb. Laleyin kəndi - Həmədan incəsənət keramikasının mərkəzidir. Burada çoxlu keramika emalatxanaları var, burada yüzlərlə rəssam və usta gözəl incəsənət əsərləri yaradırlar.

Zəngan

Sultaniyyə Zəncana Monqolların hücumundan Sultan Məhəmməd Xudabəndənin hakimiyyəti dövründə çoxlu ziyan dəymiş, Sultaniyyə dəyişib İlxani dövlətinin və İslam yurdunun böyük paytaxt şəhəri olmuşdur. Olcaytonun əmri ilə fartifikasiya (qala divarlar) çəkilmişdir. Sultaniyyənin sərhədlərində və onun mərkəzində hündür qala tiklimişdir. O, özü üçün məsçid tikdirmiş və həmin minbər...

Coğrafiya və tarix
Zəncan əyaləti və ya Zəncan düzənliyi İranın şimal-qərbinin mərkəzi hissəsində yerləşir. Zəncan, Əbhar və Xudabəndə əyalətin böyük şəhəridir. Əyalətin əhalisi 1996-cı ilin noyabrında 900, 890 nəfər idi, bunun 47,62%-i şəhər əhalisi, 52,37%-i kənd əhalisi, qalan hissəsi isə qeydiyyatda olmayanlardır. Zəncan əyaləti iki regiondan ibarətdir: dağlıq və düzənlik. Uca zirvələri olan dağlıq zonalar Zəncan şəhərinin şimal hissəsi ilə kəsişir, qalan hissəsi isə düzənlikdir.

Zəncan əyalətinin iki cür iqlimi var. Yazda və yayda yağışların miqdarı başqa fəsillərdəkindən çoxdur. Yay və yaz vaxtı istirahət, asudə vaxt keçirmək üçün ən münasib vaxtdır . Təbiət, çaylar, mineral su bulaqları və iqlim bütövlükdə hamısının öz təravəti və gözəlliyi var. Zəncan əyaləti İranın tarixi regionlarından biridir. Onun keçmiş, qədim dövrü iki tarixi mərhələyə ayrılır:

- İbtidai dövr (eramızdan əvvəl 7-ci minillikdən 3-cü minilliyinin əvvəlinə qədər), o dövrə məxsus və tanınmış abidələr Baadostin mədəniyyətinə aiddir, onların 30 000 ilə yaxın yaşı var.
- Tarixi dövr (eramızdan əvvəl 3-cü minilliyin əvvəli-2-ci minilliyin sonu). İnsan məskənləri 3-2 minillikdə İran sivilizasiyasının çiçəklənməsindən xəbər verir.
- Yeni tarixi dövr (e.ə. 2-ci minilliyin sonundan eramızın 7-ci əsrin əvvəlinə kimi): Bu dövrün ən fərqləndirici, parlaq nümunələrindən sadə boz gil növüdür. Bu da eyni zamanda Ariyan Ariya tayfalarının bu bölgəyə miqrasiyası ilə bağlıdır. Eramızdan əvvəl 1-ci minilliyin əvvəlinə qədər bu regionda dövlətçilik sistemi təyin olunmamışdır. Hətta Urartu dövləti öz hökmranlığını möhkəmlədə bilmədi, hökmranlıq uzun sürmədi. Assuriyalıların sənədlərinə görə bu region eramızdan əvvəl 9-cu əsrdə Andya adlanıb və onun sakinləri yəqin Hulubi və Quti tayfaları ilə əlaqə saxlayıblar, onlar da Zaqros dağlarının ətəklərində yaşayıblar. Regionun e.ə. 7-ci əsrdə minilliyin sonuna qədərki tarixi haqqında iki mənalılıq var, bütöv Əhəmənilər dövrü haqqında aşkar edilmiş Xodabən dağda Derik və Riton nişanələri Əhəmənilər dövrünün yadigarlarıdır. Zəncan çay və Gızıl Üzən dərələri Farsların və Sasanilərin dövründə çiçəklənib. Bu dövrün ən mühüm abidələri arasında Taşvir atəşpərəst məbədini qeyd etmək olar.
- İslam dövrü (eramızın 7-ci əsrindən 19-cu əsrinə kimi). Bu dövr Osmanlılari zamanı İranın işğalı ilə başlanır. Əldə olan sənədlərdən məlum olur ki, bu region islam dövrü ərzində iqtisadiyyat, mədəniyyət və incəsənət baxımından çiçəklənən ərazi olubdur. Sultaniyyə şəhərinin Monqol İlxanilər tərəfindən paytaxt seçilməsinin səbəblərindən biri bu regionda 7-8-ci əsrdə iqtisadiyyatın canlanmasıdır. İlxani hökumətinin 9-cu əsrdə Sərbedaran tərəfindən yıxıldıqdan sonra Zəncana Topal Teymur tərəfindən hücum edilmişdir və bu şəhər uzun müddət işğal altında qalmışdır.

Region iqtisadiyyat və mədəniyyət baxımından Səfəvilər və Qacar dövrlərində, xüsusən də Şah Təhmasib və Ağa Məhəmməd Xanın hakimiyyəti zamanı çiçəklənib. Əyalətin əsas tarixi, mədəni və turizm yerləri aşağıdakılardır:

Zəncan
Zəncan şəhəri Tehranın 328 km-liyindədir. Yayda mülayim, qışda soyuq havası olan Zəncan iki böyük dərədən ibarətdir: Zəncan Rud və Sefid Rud , onların arasında Qaravas və Anquran dağları yerləşir. Zəncanın salınma tarixi Ərdəşin (Artaşin) Papakanın hakimiyyəti dövrüdə olubdur və o Şahin və ya Şahan adlanıb. Zaman keçdikcə bu isim dəyişib. Zəncan və ya Zənqan olub. 372-ci ildə yazılmış Dünyanın sərhədləri kitabında çiçəklənən, zənginləşən, firavan şəhər kimi təsvir olunub.

Zəncana Monqolların hücumundan Sultan Məhəmməd Xudabəndənin hakimiyyəti dövründə çoxlu ziyan dəymiş, Sultaniyyə dəyişib İlxani dövlətinin və İslam yurdunun böyük paytaxt şəhəri olmuşdur. Olcaytonun əmri ilə fartifikasiya (qala divarlar) çəkilmişdir. Sultaniyyənin sərhədlərində və onun mərkəzində hündür qala tiklimişdir. O, özü üçün məsçid tikdirmiş və həmin minbər Xudabəndə münbəri kimi tanınıb. Sultaniyyə Təbrizdən sonra regionda ən mühüm şəhərlərindən birinə çevrilir. Şəhər Topal Teymur tərəfindən dağıdılmışdır. Eramızın 786-cı ilində İlxanan yıxıldıqdan sonra Sultaniyyə tənəzzülə uğradı. Şah I Təhmasib Səfəvi dövründə bu şəhərdə Fətəli Şah Qacar yay sarayı tikdirmişdir.

Bu gün şəhərdə böyük əhali yaşayır. Zəncan şəhərinin təbiət, tarix və dini baxımdan ən mühüm yerləri aşağıdakılardır:

- Bir neçə mineral su bulaqları;
- Anduran Qoruğu;
- Möhtəşəm Zolfaqari binası;
- Zəncan qala divarları;
- Şamiran, Sansiz və Sati qəsrləri;
- Gülşən və Maysk karavansarayları, qədim hamamlar;
- Bir neçə körpü;
- Qalicak və Xarmanç Sar tarixi mağaralar;
- Seyid, Mirzəyi və Qolayr Cali Məscidləri;
- İmamzadə Seyid İbrahim.

Əbhər
Xoş dağ havası, soyuq qarlı qışları və mülayim yayı, məşhur Əbhər Rud çayı şəhərdən keçir. Əbhər çay adlanan Əbhər rayonu yerli dialekti ilə İranın ən qədim rayonlarından biridir. Məlum faktlara görə, Əbhərın ən çiçəklənən vaxtı eramızdan əvvəl 2-ci minillikdən 9-cu əsrə qədər olub; müxtəlif tayfa birləşmələri (qəbilələr) bu regionda məskunlaşıblar. İlxani dövlətinin qurulduğu və Sultaniyyənin paytaxt seçildiyi zamandan bu region mühüm əlaqə nöqtələrindən birinə çevrilmişdir.

Bu vəziyyət hətta bu gün də mövcuddur. Etimoloci nöqteyi-nəzərdən bu şəhərin adı Pəhləvi dilində Oker sözündən gəlir, su axınını nizamlayan yer mənasını verir. Şəhərin ilk yeri Taneh Tour kimi tanınıb və Əbhar çayının sağ sahilindədir. Bu yer Zəncan əyalətində qədim insan məskənlərindən biridir və e.ə. 4-cü minilliyin əvvəlində yaşayış məskənlərindəndir.
Əbhərın mühüm tarixi və dini baxımdan görməli yerləri aşağıdakılardır:

- Sultan Şah Qalası;
- Seyid Abad tənəsi;
- Həsən məqbərəsi;
- Sultan minbəri;
- Çelebi oğlu abidəsi;
- Əbharın Caşe Məscidi;
- Pirəhməd Zəhrhum və Molla Hüseyn məqbərələri;
- Bir neçə İmamzadələr.

Xudabəndə
Xoş dağ havası, qarlı soyuq qışı və mülayim yayı var, Xudabəndə şəhəri Zəncandan cənub şərqdə yerləşir. Bu regionda Xudabəndə - Lu Və Əbhar tayfaları yerli tayfalarla qarışmışlar, nəticədə Zəncani kimi tanınmış bir qarışıq xalq yaranmışdır. Xudabəndə şəhəri iki tarixi şəhərlərin Sührəvəərd və Sayazın əhatəsindədir. Burada Şihabəddin Sührəvərdi kimi alimlər yetişmişlər. İnsan məskənlərinin olması bu rayonda e.ə. 4-cü minilliyin sonu - 5-ci minilliyin əvvəlinə təsadüf edir. Bu rayonun abidələri arasında tapılmış qırmızı gil dən hazırlanmış əşyalar var.
Görməli, maraqlı yerlərdən:

- Gərmab mineral su bulağı;
- Katiç Xur Qarmabın məzarlığı;
- Sayaz Caşe məscidi;
- Heydər Nəbi məqbərəsi və s. qeyd etmək olar.

Qoruq zonaları
İqlim və coğrafi müxtəliflik fauna və florada da öz əksini tapmışdır, onların zəngin olmasına səbəb olmuşdur. Ən böyük qoruqlar:

- Anduran Qoruğu 111,00 hektar ərazini əhatə edir;
- Sahrein Qoruğu Zəncan şəhərinin hüdudlarında yerləşir.

Bu bölgədə yaşayan vəhşi heyvanlar: məməlilərdən: keçi, tur, maral, ayı, canavar, bəbir, dovşan, pişik, tülkü, çaqqal, dələ, kaftar, samur. Quşlardan kəklik, qumru, şotland kəkliyi, göyərçin, keçəl kərkəs, bayquş, sarı kəklik, vağ, qaz, durna, ördək, qartal, şahin, sığırçın və s. Köçəri quşlar: su quşu, flaminqo, durna, pelikan, vəhşi qaz, şotland kəkliyi və balıqlar üçün müxtəlif həşaratlar.

Turizm
Zəncan şəhəri və əyalətin başqa şəhərləri Tehran-Bazərqan tranzit yolu boyu, Tehran-Təbriz dəmir yolu boyu yerləşirlər. Burada turistlər üçün hər lazımi şərait, xidmətlər vardır. Suvenirlər, əl işləri, (bıçaqlar, xəncərlər və s.) xalça, palaz, toxuma əl işləri satılır.

Təbriz

Təbriz şəhərində Ərk qalası Tehrandan 619 km-lığında və Azərbaycan Respublikası ilə 150 km sərhədi olan Şərqi Azərbaycanın bu şəhəri əsrlər boyu əzəmətli şəhərlərdən biri olmuşdur. İlk dəfə Təbriz şəhərinin adı Assuriya şahı II Sarqonun epiqrafik yazılarında bizim eradan əvvəl 714-cü ildə təsadüf edilir. 3-4 əsrlərdə Təbriz məşhur şəhərlərdən biri kimi tanınıb və əvvəllər Rəvvadiyyələr sülaləsinin paytaxtı olmuşdur...

Şərqi Azərbaycan
Sahəsi 46929,2 km 2.

Şərqi Azərbaycan əyaləti ölkənin şimal-qərbindən yerləşiri və 12 rayondan ibarətdir: Təbriz, Əhər, Bostanabad, Binab, Sərab, Şəbüstər, Kəleybər, Marağa, Mərənd, Miyanə, Heris və Həştrüd.
Tarixi şəhər Təbriz əyalətin siyasi və inzibati paytaxtıdır. Şərqi Azərbaycan Azərbaycan Respublikasıyla və Ermənistanla 235 km beynəlxalq sərhədləri var. Əyalətin ərazisindən keçən dəmir yolları Culfa xətti ilə İranı Naxçıvan, Yerevan, Tbilisi, Ukrayna ilə və bütün Qara dəniz limanları ilə birləşdirir. Yüksək səviyyəli avtomobil yollarına malik olan əyalət bütün şəhərlər və rayonlarla əlaqəni yüngülləşdirir. 1991-ci ildə əyalətin əhalisinin sayı 3278000 nəfər olmuşdur. Bunların 55,1% şəhər, 44,9% kənd əhalisidir.

Təbriz şəhərinin əhalisinin sayı 800000 çatmışdır və bu şəhər əyalətinin inzibati mərkəzidir. Şərqi Azərbaycan əyaləti özünün topoqrafik xüsusiyyətləri ilə nəzəri cəlb edir. Əyalətin yüksək dağ nöqtəsi Təbrizin cənubundan 50 km yerləşən Səhənd dağıdır və onun hündürlüyü 3722 m-dir. Dağın 1220 m hündürlüyündə Okameih gölü yerləşir.
Əyalətin dağlıq hissəsi 3 zonaya bölünür:

Şimali Qaradağ dağı; mərkəzi - Səhənd və Bozquş; və Cənub - Qaflankuh. Əyalətin iqlimi soyuq və qurudur. Dağlıq hissəsində çox soyuqdur, lakin aran rayonlarında iqlim sabitdir. Təbrizdə orta illik temperatur 20,2 s, ən aşağı temperatur isə - 1 S. Şərqi Azərbaycan əyaləti Qədim İran ərazisinin bir hissəsidir. Makedoniyalı İskəndərin dövründə, böyük sərkərdə Atropat, Kiçik Madın rəhbəri, bizim eradan əvvəl 331-ci ildə Yunan hökmdarına qarşı üsyan qaldırmış və öz ərazisini azad etmişdir (İndi bu əraziyə Azərbaycan deyirlər). Həmin dövrdə bü əraziyə Atropatakan deyiblər. Sonralar bu ad bir neçə dəfə dəyişdirilmişdir - Azarabadeqan, Adarbadqan və nəhayət Azərbaycan. Əksər tarixçiləri inanırlar ki, Azərbaycan qədim iran dininin yaradıcısı Zərdüştün vətənidir və o Urmiya rayonunda Qanzak şəhərində doğulmuşdur və bu şəhər Urmiya gölünün yaxınlığındadır.

2000 illik tarixi olan bu əyalətin həyatında bir çox tarixi, siyasi və mədəni hadisələr baş vermişdir və bu dövrdə burada olan səyahətçilər yüksək sivilizasiyanın və inkişafın olduğunun şahidi olmuşdular. Şərqi Azərbaycan əyaləti öz təbiətinin cazibədarlığı ilə nəzəri cəlb edir. Əyalətin mineral və təbii su bulaqları, çayları, gözəl gəzməli yerləri, meşələri, dağ zirvələri, şəlalələri bütün turistləri valeh edir. Şərqi Azərbaycan özünün qədim və tarixi adət-ənənələri ilə zəngindir. Bu qədim adət-ənənələr, özünəməxsus folkloru və dili Şərqi Azərbaycan əyalətinin mədəniyyətini səciyyələndirir. Şərqi Azərbaycanda danışıq dili Azərbaycan türkcəsidir. İran azərbaycanlıları, Azərbaycan Respublikasının xalqı kimi neçə əsrdir ki, bu dildə danışırlar. Bu əyalət burada yaşamış aə yaratmış alimləri, şairləri, ədibləri ilə məşhurdur: Molla baba Mazid, Xoayeh Abdul Rəhim Acabadi, Şeyx Həsən, Əbdül Qədir Naxçıvani, Molana Əhməd Harati, Hamşam Təbrizi, Xaqani Şirvani, Əsədi Tusi, Abovalla Fələki, Zəhir-əl Din Faryabi, Aevari Abivardi, Qətran Təbrizi, Şeyx Məhəmməd Xiyabani, Səttarxan və başqa tanınmış şəxslər. Son əsrdə Azərbaycanın və İranın görkəmli şairi Ustad Məhəmməd Şəhriyarın adını da qeyd etməmək olmaz. Şərqi Azərbaycanın tarixi, mədəni və turizm mərkəzləri aşağıda qeyd olunan şəhər və rayonlardır.

Təbriz şəhəri
Tehrandan 619 km-lığında və Azərbaycan Respublikası ilə 150 km sərhədi olan Şərqi Azərbaycanın bu şəhəri əsrlər boyu əzəmətli şəhərlərdən biri olmuşdur. İlk dəfə Təbriz şəhərinin adı Assuriya şahı II Sarqonun epiqrafik yazılarında bizim eradan əvvəl 714-cü ildə təsadüf edilir. 3-4 əsrlərdə Təbriz məşhur şəhərlərdən biri kimi tanınıb və əvvəllər Rəvvadiyyələr sülaləsinin paytaxtı olmuşdur. Rəvvadiyyələr və monqolların hakimiyyəti dövründə Təbriz şəhəri zəlzələlər nəticəsində bir neçə dəfə dağılmışdır. Monqollar əsarəti dövründə Təbriz monqol xanlarının rəsmi paytaxtı olmuş, Sultan Mahmud Qazan dövründə isə Təbriz özünün qızıl əsrini yaşamış və böyük inkişaf etmiş şəhərə çevrilmişdir.

Əli şah məscidi, Rəşidi qəsri bu vaxtlar yenidən qurulmuşdur. Monqollardan sonra, cəlayerlər, türkmənlər və Səfəvilər dövründə Təbriz rəsmən İranın paytaxtı elan edilmişdir. Kabud məscidinin qalıqları Türkmən dövrünə aiddir. Əsrlər boyu Təbriz xalq inqilablarının və Osman və Rus işğallarına qarşı aparılan mübarizənin mərkəzi olmuşdur. 1905-ci il Konstitusiya İnqilabının rəhbərləri Səttarxan və Bağırxan Təbriz xalqının qəhrəman oğullarından idilər. 1920-ci ildə Şeyx Məhəmməd Xiyabaninin rəhbərlik etdiyi üsyan Britaniya əsarətinə qarşı yönəlmişdir və bu hərəkat İran - Britaniya müqaviləsinin pozulması ilə nəticələnmişdir. Və sonla 1978-79-cu illərdə İsçlam inqilabının qələbəsində Təbriz xalqının aparıcı rolu danılmazdır.
İndi Təbriz İranın ən gözəl və tarixi şəhərlərindən biridir və onun əsas tarixi, mədəni və istirahət mərkəzləri aşağıdakılardır:

- Təbrizin şəhər sarayı ( I Pəhləvilər dövrünə aiddir)
- Üskü şəhərinin cənubunda yerləşən tarixi Kandervan kəndi və onun minerallar ilə zəngin olan bulaqları
- İslam dövründə inşa edilmiş Təbriz Bazar kompleksi
- Təbrizin ən qədim abidəsi olan Cümə məscidi
- Əli şah məscidi
- Kəbud məscidi (Göy məscid) -Qara Yusif Ağqoyunlu tərəfindən inşa edilmişdir
- Şairlər məqbərəsi - Azərbaycanın məşhur şairləri və yazıçıları dəfn edilmiş məzarlıq.
- Seyid Həmzə məqrəsi, Səfəvilər və Qacar dövrünün tarixi abidələrinin qaplıqları
- Zəngin ekspoziyası və kolleksiyası olan Azərbaycan muzeyi.
- Seyid Abad və Səhənd dağlarının tanınmış təbii vadiləri.
- Gözəl El Gülü bağları və Qacar dövrünün tikililəri.

Bostanabad şəhəri
Bostanabad Təbrizdən 55 km aralı yerləşir. Bu şəhər qədim Oyan şəhərinin yerində tikilmişdir. Bu şəhərin adı əksər tarixi kitablarda hicri tarixi ilə 6-cı əsrdə çəkilir. Oyan şəhəri monqol xanlarının yay paytaxtı olmuşdur. Və indi bu şəhər tamamilə dağılmış vəziyyətdədir. Bostanabadın tarixi və mədəni mərkəzlərindən bəzilərinin adını çəkmək olar: Quru Göl gölü - buranın ən gözəl yerlərindən biridir və köçəri quşların sığınacağıdır. Təbriz və Tehran şəhərlərinin arasında yerləşən İsti Su bulağı Şəbüstər şəhəri Şəbüstər Təbrizin şimal şərqindən 60 ki aralıqda yerləşir. Bu şəhər Tehranı və Təbrizi Türkiyə və Avropa ilə birləşdirən mühüm İran beynəlxalq dəmir yolu üzərində yerləşir. Səfəvilər dövründə fəaliyyət göstərən məşhur Təbriz - Qarabauzan yolu Şəbüstərdan keçir.

Bu rayonun tanınmasının əsas səbəblərindən biri də o olmuşdur ki, burada məşhur "Gülşəni Raz" əsərinin müəllifi Arif Şeyx Mahmud Şəbüstəri, Azərbaycan xalqının qəhrəmanoğlu Şeyx Məhəmməd Xiyabani, Azərbaycan müəlliflərinin kitablarını nəşr edən Mirzə Əli Əkbər Möcüz Şəbüstəri burada doğulmuşlar.
Maraqlı tarixi yerlər:

- Cami məscidi
- Şeyx Şəbüstərinin məzarı
- Urmiya gölünün sahilində gözəl istirahət ocağı
- Mişovdağ dağının ətəyində istirahət yeri

Əhər
Əhər Azərbaycanın ən qədim dağlıq rayonlarındandır. Əhərin ərazisi 9-cü əsrdə 20 il boyu Babək Xürrəminin və onun davamçılarının bir tərəfdən və ərəb Xəlifəliyinin qoşunları o biri tərəfdən döyüş meydanı olmuşdur. İran - Rusiya müharibəsi dövründə Əhər şəhəri Abbas Mirzənin baş qərargahı olmuşdur.
Əhərin tarixi yerləri aşağıdakılardır:

- Erkən İslam dövrünə aid Qahgar, Yuşen, Raştöv və Novruz qalaları
- Xristianlıqdan əvvəl dövrə aid olan daşlar üstündə epiqrafik yazılar
- Qədim Bazar
- Səlcuq dövrünün Cami Məscidi
- Məşhur Azərbaycanq ədibi Şeyx Mehabaldin Əhərinin məzar kompleksi
- Reyqhan gözəllik vadisi və tarixi qalası
- Sanqram dağının YUNESKO tərəfindən qeydiyyata alınmış Biosfera qoruğu

Kəleybər şəhəri
Bu şəhər Təbrizdən 165 km aralıda şimal-şərqdə yerləşir. Kəleybərin iqliminə Xəzər dənizi böyük təsir göstərir, yüksək dağların başı həmişə dumanla örtülür. Araz çayı bu rayonun şimal hissəsini mərkəzdən ayırır. Dağlarda 2600 metr hündürlükdə tikilən Babək qalası Kəleybərin qərbində yerləşir. Və yerli əhali bu qalanı Qız qalası adlandırrır. Qardaşt kəndinin kənarında yerləşən Qacar dövrünə aid qala tarixi yerlərdən biridir.

Sərab şəhəri
Sərab şəhəri Tehrandan 636 km, Təbrizdən 130 km-likdə yerləşir. Sərab rayonu Bozquş və Savalan dağlarının arasında olan qədim ərazilərdən biridir. Yayı mülayim keçən Sərabın, kəskin qışı da vardır. Şəhərin yaxınlığında Urartu dövrünə aid olan epiqrafik abidələr tapılmışdır. Vulkanik dağlar şəhəri əhatə edir və bu dağlarda axan çaylar və minerallarla zəngin olan bulaqlar Sərabı su ilə təmin ediir.
Sərabın görməli yerləri vardır:

- Urartu Qıraq Qızlar epiqrafik daş yazıları
- Sərabın 12 km yerləşən daş üzərində epiqrafik yazılar
- Sasani dövrünün atəşpərəst Beş adlar (Çahar tağı) abidəsi
- Səfəvi dövrünün Karvansarayı
- Qədim Camalabad məscidi
- Sərabın Cami məscidi
- Allah Haqq, Abrəs və Sərab isti və mineral bulaqları

Marağa şəhəri
Marağa şəhəri Təbrizin 130 km-liyində əyalətin cənub qərbində Səhənd dağının ətəyində yerləşir. Marağa İranın ən qədim və zəngin tarixi olan şəhərlərindən biridir. Babək Xurrəminin Ərəblərə qarşı apardığı mübarizə dövründə Marağa Ərəb sərkərdələrinin baş qərargahı olmuşdur. XIII əsrdə marağa şəhəri monqollar tərəfindən işğal edilmişdir və tanınmış monqol sərkərdəsi Hülakü xanın qərargahına çevrilmişdir. Xulaqu xanın dövrünə aid tarixi abidələr indi də Marağada mövcuddur.
Tarixi abidələr və görməli yerlər:

- Qızlar qalası (Sasanilər dövrü)
- Marağa abservatoriyasının qalıqları
- Marağanın cənubi-şərqində yerləşən Kəbutər mağarası
- Qədim Molla Rüstəm, Moezildin, Şeyx Babə məsçidləri
- Şair Əhəd Marağalının məzarı
- Varcavi, Quşoyeş, Sarı su, Şor su, Oğuz bulağı - mineral su mənbələri
- Səhənd dağının meşələri.

Mərənd şəhəri
Mərənd şəhəri Azərbaycan şimal-qərbində alçaq dağlar zonasında yerləşir. Ərazinin 5/2 hissəsi dağlar, qalan hissəsi isə düzənlik və münbit torpaqlardır. Qədimdə Mərənd mühüm mərkəzlərdən biri olmuşdur. Bəzi tarixçilər istinad edirlər ki, Nuh peyğəmbər məhz burada dəfn edilmişdir. Mərənd adı Pəhləvi dilindəki "Maadvand" sözündən əmələ gəlmişdir və bu həmin ərazidə Maad qəbilələrinin yaşadığına işarə edir.
Mərəndin tarixi yerləri:

- Sasani dövrünün Atəşpərəst məbədlərinin qalıqları
- Qədim Cami məscidi
- Müqəddəs Stepan kilsəsi
- Yaam istirahət mərkəzi
- Mişovdağın ətrafındakı Aslab Xarabeh şəlaləsi.

Miyanə şəhəri
Miyanə rayonu və şəhəri Bozquş və Qaflankuh dağlarının arasında olan ərazidə yerləşirlər. İranın qədim şəhərlərindən biridir. Şəhər monqollar işğalı zamanı tamamilə dağıdıldığına baxmayaraq, indiki dövrdə yenidən bərpa edilib inkişaf etdirilmişdir. Tarixi abidələrinin bəzilərinin adları bunlardı:

- Qız körpüsü
- Qız qalası
- İmamzadə İsmayılın məqbərəsi
- Böyük Türk məsçidi.

Həştrud şəhəri
Həştrud şəhəri Təbrizin cənubi-şərqində və Zəncanın şimalında yerləşir. Həştrudun mənası "Səkkiz çaylar" deməkdir və bu ad şəhərin yaxınlığında axan səkkiz çaydan irəli gəlir. Çayların adları bunlardır: Qaranquv, Aydoğmuş, Acı çay, Qalah çay, Qauri çay, Acerlu, Qareh Qieh və Leylan çay və bu çaylar rayonun inkişafında mühüm rol oynayırlar. Tarixi yerlərdən Qay sahilində yerləşən Zəhhak qalasını qeyd etmək olar.

Heris şəhəri
Heris şəhər və rayonu Şərqi Azərbaycanın tarixi yerləri kimi tanınır.

Təbiət
Şərqi Azərbaycan əyalətində müxtəlif vəhşi heyvanlar yaşayır. Dağlarda və meşələrdə ayılar, canavarlar, qaban, tülkü, dovşanlar vardır. Çay və göl kənarlarında ördək, vəhşi ördək, fazan, pelikan, flaminqo, ördəklərin müxtəlif növləri və müxtəlif quşlar da mövcuddur.

Səyahət və istirahət
Əyalətin bütün şəhər və rayonları biri-biri ilə rahat avtomobil yolları ilə bağlıdırlar və burada səyahət edəni heç bir çətinlik gözləmir. Bütün şəhər və rayonlar yüksək səviyyəli telekomunikasiya və səhiyyə servisi ilə təmin olunmuşdur. Təbriz şəhərinin aeroportu müntəzəm olaraq beynəlxalq və yerli reysləri qəbul edir və bu gələn turistlərin istirahəti üçün əlverişli şərait yaradır.

Urmiya

Urmiya gölündə qatar yolu Əyalətin mərkəzi Urmiya şəhəri, Tehrandan 951 km şimal- şərqdə , Urmiya gölündən 18 km qərbdə gözəl düzənlikdə yerləşir.Əyalətin dağları onu Türkiyə və İraqdan ayırır.Urmiyadə hava qışda soyuq, yayda mülayim və sərindir. Urmiyadəki son arxeloci tapıntılar ona işarə verir ki, regionun tarixi e.ə. 2000 -ci ilə gedib çıxır. Bəzi tarixçilərin dediyinə görə, Urmiya məhşur Zərdüştün doğulduğu yerdi...

Qərbi Azərbaycan
sahəsi 43,660 kv.km

Urmiyə gölü daxil olmaqla, Qərbi Azərbaycan əyaləti İranın şimal-qərbində yerləşir. Ora 12 şəhər daxildir. Bukan, Xoy, Maku, Mahabad, Miyandoab, Nəqədə, Piranşəhr, Səlmas, Sərdəşt, Şahindey, Təkab və Urmiya. 1996-cı ildə əyalətin əhalisi 2. 496 320 idi. Onun 52-68% şəhər əhalisi, 47,31% kənd yerlərində yaşayanlar və qalanını köçərilər təşkil edir. Qərbi Azərbaycan müxtəlif və geniş dağlıq zonalardan biridir. Əyalətin qərb hissəsində hündür dağlar silsiləsi var. İraq və Türkiyə ilə sərhəddir. Bu uca qarla örtülmüş dağ silsiləsi əyalətin şimal tərəfindən cənub istiqamətində uzanır. Buna görə də ərimiş qar çoxlu su axını əmələ gətirir. Bu çaylar 3 əsas hovuza tökülür: Urmiya gölünə, Xou böyük quyusuna, Rud Kəlo dərəsinə.

Əyalətin iqliminə əsasən Atlantik okeanın və Aralıq dənizinin yağışlı küləyi təsir edir. Qış aylarında soyuq şimal küləkləri əsir və çoxlu qar yağır, hava çox sərt olur. Orta temperatur 9,4 dən Makuda 11,6 dər.S-dək Mahabadda fərqlənir. Urmiyada 9,8 dər. və Xoyda 10,8 dək S-dir. Əyalətdə ən yüksək tem. iyul ayında 34 dərəcə S-ə çatır və ən aşağı temperatur -16 dər.S yanvar ayında olur. Qərbi Azərbaycan əyalətinin geniş və münbit barlı-bəhərli düzənlikləri və hündür dağları, mülayim və saf havası, dolu çayları, üzüm bağları, bostanları, meşələri, gözəl florası olan dağ ətəkləri, vəhşi heyvanlar aləmi və istirahət üçün cürbəcür avadanlığı olan göl sahilləri - hamısı bir yerdə İranda ən gözəl və füsünkar regionlardan birini təşkil edir. Möhtəşəm florası olan torpaq yazda və yayda lalələr, nərgizlər, zanbaq gülü və s. örtülür. Xam torpaqlar, dəniz kənarları, göllər müxtəlif növ quşların məskənidir. Uzun qarlı qış aylarında xizək sürmək olur. Hündür dağların xoş havası yayda çox cəlbedicidir.

üzgüçülüklə, su idmanı və qayıq sürməklə maraqlananları. 140 km. Uzunluğu olan Urmiya gölünün gözəl sahilləri və onun təmiz suyu yayda cəlb edir, Urmiya gölündə müxtəlif minerallar var, bura su terapiyası üçün dünyanın ən gözəl yerlərindən biridir. Revmatizmdən, dəri xəstəliklərindən əzab çəkənlər müalicəvi sudan, qumdan istifadə etmək üçün bura gəlirlər. Bundan başqa, əyalətin ayrı-ayrı yerlərindən müalicəvi əhəmiyyəti olan onlarla qaynar su mənbələri vardır.

Tarix və tarixi yerlər
Qərbi Azərbaycan əyaləti qədim İran sivilizasiyasının bir hissəsidir. Çoxlu tarixi qəsrlər, qalalar, yüzlərlə antik abidələr regionun uzun tarixi keçmişinə işarə verilir. Digər tərəfdən bu əyalət həmişə bir-birinə təsiri olan müxtəlif xalqların və mədəniyyətlərin məskəni olmuşdur. Məscidlərin, kilsələrin və dağılmış atəşpərəst - məbədlərin olması tarix boyunca dini evalyusiyaya işarə verir. Azərilər, kürdlər , assuriyalılar və ermənilər kimi başqa- başqa dillərdə danışan etnik qrupların və dini azlıqların öz mədəniyyəti və ənənələri var.

Urmiya
Əyalətin mərkəzi Urmiya şəhəri, Tehrandan 951 km şimal- şərqdə , Urmiya gölündən 18 km qərbdə gözəl düzənlikdə yerləşir.Əyalətin dağları onu Türkiyə və İraqdan ayırır.Urmiyadə hava qışda soyuq , yayda mülayim və sərindir. Urmiyadəki son arxeloci tapıntılar ona işarə verir ki, regionun tarixi e.ə. 2000 -ci ilə gedib çıxır. Bəzi tarixçilərin dediyinə görə, Urmiya məhşur Zərdüştün doğulduğu yerdir.Eramızın 3-cü əsrində coğrafiya alimiəri Urmiyanı Ərdəbil və Marağadan sonra Azərbaycan ərazisində üçüncü böyük şəhər adlandırmışlar. Urmiyada çoxlu tarixi yerlər və abidələr olub. Əfsus ki, bəzi tarixi hadisələr və müxtəlif tayfa və qəbilələrin hücümları üzündən bu abidələr dağıdılıb.
Ən mühüm və görməli yerlər aşağıdakılardır:

1. Urmiya gölü UNESCO tərəfindən qeydiyyata alınmış Biosfer qoruqlarından biridir.
2. Zənbil, Həftəpə və Qaynaryer mineral və qaynar su mənbələridir.
3.Cahar Bürc binası və İsmail Ağa, Kazım xan, Bardok, Dam Daş və Baxşı Qala qalaları - tarixi və memarlıq abidələri.
4. Köhnə Bazar.
5. Memarlıq, tarix və təbiət muzeyi.
6. Mirdavud məzarı
7. Qədim Cami məscidi, Sərdar və Urmiya minarəsi
8.Əlavian minbəri və başqa müqəddəs yerlər.

Bukan
Bukan Miyandoab və Saqqızəz şəhərləri arasında yerləşir. Siminərud ilə Rud çayının arxasında. Bu şəhər qərbi Azərbaycan və Kürdüstan əyalətlərini ayıran xəttə yerləşir. Bu şəhərin adı iki kürd sözlərinin birləşməsidir. "vook" - gəlin deməkdir, "an" cəmi bildirir, yəni "gəlinlər". Bu yeri görməyə dəyər.

Təkab
Təkab əyalətin tarixi və görməli yerlərindən biridir. Bu şəhərdə islamdan qabaq və islam dövrünün tarixi abidələri ilə tanınır. Sasanilər tanınmış 3 atəşgahlardan biri - "Azər-qəşəsb" təkabın şmal şərqində yerləşir tarixi mənbələ istinad edərək, bildirir ki, bu abidənin yerləşdiyi yerdə vaxtı ilə qədim Şliz şəhəri mövcud olub və bu şəhər Zeydan dağının vulkanının püskürməsi nəticəsində tamam məhv olmuşdur. Təkabın cənub-qərbində Kerfeto, Qeyb Abad, Kahal və Kəhriz mağaraları var.

Xoy
Xoy şəhəri 807 km Tehrandan şimal-qərbdə yerləşir.Mülayim havası var. Bu şəhər İranın qədim yerlərindən biridir. Buranın ilk sakinləri median tayfaları (orta əsr) olublar. Qərbi şərq ilə birləşdirən İpək yolunun bir qolu Xoy şəhərindən keçir.
Xoy şəhərinin ən məşhur yerləri aşağıdakılardır:

Bir neçə mineral su mənbələri
-Bostan və Balaurabad tarixi qalalar,
-Qədim Xatın körpüsü,
-Şəhərin qədim daş darvazası,
-Köhnə Bazar,
-Bir neçə köhnə məscidlər və Şəms Təbrizi minarəsi,
-Qədim kilsələr.

SƏRDƏŞT
Sərdəşt şəhəri əyalətin cənub-qərb hissəsində yerləşir, İraqla sərhəddir. Şəhərin təbiəti, torpağı çox gözəl, cəlbedicidir. Sərdəşt xalqı hesab edir ki, bu şəhər peyğəmbər Zərdüştün doğulduğu yerdir. Onun adı da buna işarə verir, sonra onun adı dəyişdirilib Sərdəşt olub. Şəzərin yaxınlığında "Şalmas" şəlaləsi çox məşhurdur: Çeşmə-Qrou (bulaq) Mahabad-Sərdəşt yolunda yerləşir, şəhərin istirahət və gəzməli yerlərindən biridir.

SƏLMAS
Səlmas şəhəri Tehrandan 854km şimal-qərbdə düzənlikdə yerləşir. Tarixi və coğrafi kitablarda Səlmasın adı yaxşı bazarları və daş məscidləri olan gözəl şəhər kimi çəkilir. Taban dağındakı son arxioloci tapıntılar onu göstərir ki, Səlmasın keçmişi orta əsrlərə gedib çıxır və Əhəmənilər erasında "Zərvand" adlanıb. Mühüm tarixi və görməli yerlər:

- Bir neçə mineral su bulaqları, suları müalicəvi
- Tarixi Qurçin Qam qalası Səlmasın 10 km-də cənubunda yerləşir.
- Camalabad qədim dəmbə (bənd), Səlmasın kənarında;
- Xan Taxtı -daş üstündə naxışlar Sasanilər dövrünə məxsusdur;
- Guh Garni və Yarauc yeraltı quyular;
- Müqəddəs Georgiy kilsəsi Səlmas şəhərində.

Maku
Maku Tehrandan 939 km. aralıdır, dəniz səviyyəsindən 1294 m. hündürdür, mülayim iqlimi var. Makunun yarımdairəvi forması var, dağ ətəklərində yerləşir, şəhər sanki çətirlə örtülmüşdür. Bu şəhər I Şah Abbasın hökmdarlığının əvvəlində sadəcə bir qala idi. Şəhərin salınma tarixi eramızın 1012-ci ilinə təsadüf edir. Maku şəhərinin gözəl təbii landşaftı, çoxlu tarixi və təbiəti zəngin olan yerlər var. Onlardan aşağıdakıları qeyd etmək olar:

1. Çoxlu mineral su bulaqları;
2. Gale-Cuğ şəlaləsi;
3. Mərakan qoruq zonası;
4. Baxçe-Cuğ sarayı, Kolah Fərəngi binası və Maku Paşs Mərkəzinin köhnə binası;
5. Rəvaz və Qale Siyah köhnə qəsrlər;
6. Pənc Çeşməh (5 düym) köhnə körpü, Makudan 5 km. aralıdır;
7. Maku şəhərində Rusa tarixi şəhərin Qədim daş epiqrafık abidələri;
8. Makuda Səngər adlanan Urartu daş məzarı;
9. Bir neçə qədim kilsələr;
10. Çaldıran döyüş yeri. Şah İsmayıl və Sultan Səlimin tarixi döyüş yeri.

Mahabad
Mahabad şəhəri Tehrandan 873 km. aralı yerləşir, Urmiyadan 100 km. cənubda. Mahabadın iqlimi dağlıq zonası soyuqdur. Düzənlik və meşələrdə mülayimdir. Mahabad bir vaxtlar Savucbulaq Mokri adlanırdı. 1038-ci ilində I Şah Abbas hökmranlığının sonuna yaxın o yerli hökumətin paytaxt şəhəri olub. İndi bu şəhərdə çoxlu gözoxşayan tarixi yerlər var. Onlardan:

- bir neçə tarixi mağaralar - Urartu dövrünə aid;
- Median (orta əsr) şəhəri;
-Əhəməni Dara zirzəmisi;
- Mahabadın cənub-qərbində Bedargöl - Sultan mavzoleyi.

Miyandoab
Miyandoab şəhəri Tehranın 823 km. şimal-qərbində və əyalətin cənubunda düzənlikdə yerləşir. Mülayim havası var. Şəhər Zərinəhrud və Siminəhrud çayları arasında yerləşir, ona görə də Miyandoab adlanır, yəni iki çay arasında. Bu regionda onun uzun tarixi bu ərazidə çoxlu tayfalar, qəbilələr yaşayıblar, qurub-yaradıblar. Şəhərin əsas maraqlı yerləri:

- Miyandoab istirahət mərkəzi;
- Qara-göl qoruğu;
- Zendan Süleyman mineral su bulağı;
- Milan kəndində Baxtak qəsri;

Nəqədə
Nəqədə şəhəri Mahabad, Piranşəhr, Üşnəviyə və Urmiya ilə əhatə olunub. Bu şəhərin tarixində çoxlu hadisələrin izi var. Arxeoloci qazıntılar Həsənli təpəsində şəhərin qədim tarixindən bəhs edir və şəhərin salınma tarixini eramızdan əvvəl 2000-ci ilə işarə edir. Assuriya, Kürd, Manna və Türk tayfaları burada məskunlaşıblar. Nəhayət, Qacar dinastiyasının erkən vaxtında Qara Papaq tayfası Qafqazdan İrana köçür və Sulduz düzənliyində məskunlaşır. Onlar indiki Nəqədədə kənd təsərrüfatı ilə məşğuldurlar. Şəhərin mühüm yerləri aşağıdakılardır:

- Zendan və Baba Həsən məzarları;
- Urmiya gölündən cənub-qərbdə tarixi epiqrafik yazılar;
- Həsənli qədim təpə Nəqədədən 12 km. şimal-qərbdə yerləşir, onun "Qızıl Fincanı" abidəsi məhşurdur.

Vəhşi həyat
Azərbaycan əyaləti təbii şəraitin və xüsusi topoqrafiya strukturuna görə çoxlu çaylar, gölməçələr, düzlər, kiçik və böyük göllərə, xam torpağa malikdir və faunanın həm köçəri, həm daimi heyvanat növləri tanınıb. Su quşlar əsas köçəri növlərdir, bura qışlağa, yuva qurmağa gəlirlər. Ən çox tanınan növlər bunlardır: fars maralı, dovşan, ayı, tülkü, çaqqal, vəhşi qoyun, vəhşi keçi, ceyran, leopard, şir, dələ və başqa növlər. Quşlar: flaminqo (qızılqaz), göyərçin, qaz, ördək və s. Əyalətin bioloci rəngarəngliyi beynəlxalq nöqteyi-nəzəərdən çox vacibdir, ona görə Urmiya gölü Milli Park UNESKO tərəfindən Biosfer Qoruq kimi qeydiyyata alınıb. Ətraf aləmin mühafizəsi Şöbəsinin nəzarəti altında əsasən aşağıdakılardır:

- Urmiya gölü Milli Park, sahəsi 4810 hektar, bütün adalar, sahillər, sahilləri bitkiləri daxil olmaqla;
- Marakan Qoruq sahəsi Araz çayının sahilindən cənubda və Maku şəhərindən şimalda yerləşir;
- Ağ Qol Qoruq Sahəsi Poldəşt və Maku arasındadır;
- Bir neçə başqa vəhşi heyvanat aləmi, sərbəst oyun tarlaları kimi yerlər.

Turizm Avadanlığı (vasitələri)
Əyalətdə lazımi nəqliyyat vasitələri var, Urmiya Beynəlxalq hava Limanı və s. İran-Avropa tranzit yolu və dəmir yolu əyalətin şimal keçir. Bazərqan sərhəd şəhəri İranın uzaq şimal-qərbində yerləşir, ən mühüm kommersiya mərkəzlərindən biri, türizm fəaliyyəti olan yerlərdən biridir. Poldəşt balaca şəhərdir. Əyalətin şimalında, o Naxçıvan Muxtar Respublikasına əlverişli yoldur. Əyalətin hər yerində otel, mehmanxanalar var. Onlar müasir avadanlıqla təmin olunub. İnsanlar çox mehribandırlar və qonaqpərvərlikləri ilə məşhurdurlar.

Astara

Savalan dağının ətəyi Azərbaycan dirəniş simvolu hesab olunan Savalan dağıda bu əyaltdə yerləşir, Şərqi Azərbaycanın Sarab və Ərdəbil əyalətinin Xiyao və Ərdəbil şəhərlərini ortasında yerləşən Savalan Xıdır İlyas peyğəmbərin qeybə çəkildiyi yer kimi və Cənubi Azərbaycanın ərazisinin böyük bir sahəsini su ilə təmin edən su xəzinəsi kimi əhalının müqəddəs saydığı ziyarətgahdır...

Ərdəbil əyaləti - Azərbaycandan - qoparılıb Gilan əyalətinin tabeçiliyinə verilmiş Astara şəhəri;
300 000 kv.km ərazisi olan Cənubi Azərbaycan 1925-ci ildə Pəhləvi İranının tərkibinə daxil edildikdən sonra ərazi islahatı nəticəsində 6 əyalətə bölünüb bu necə deyərlər islahatın nəticəsində isə Azərbaycanın Həmədan və Qəzvin kimi bəzi şəhərlərində əhalının tərkibi də dəyişdirilib və kütəvi koçurmələr nəticəsində bu şəhərlərdə qeyri -Azərbaycanlıların nisbəti 37-40 faizə çatdırılıb. Şərqi Azərbaycan ,Qərbi Azərbaycan ,Zəngan və Ərdəbil əyalətlərində isə əhalının tərkibini dəyişdirmək mümkün olmayıb.

Bu əyalətlərin şəhər və kəndlərində qeyri-Azərbaycanlıların nisbəti demək olar ki, yox səviyyəsindədir. Ərdəbil əyaləti Cənubi Azərbaycanın 5-ci əyaləti sayılır 1993-ci ildə Azərbaycanlı millət vəkillərinin etirazlarına baxmayaraq əksəriyyəti qeyri -Azərbaycanlılardan ibarət olan İran parlamentinin qərari ilə Şərqi Azərbaycanın tabeçilindən çıxarılaraq müstəqil əyalət statusu ilə təmin olunub, bu əyalətin mərkəzi Azərbaycanın məğrur şəhəri Azərbaycanımıza Şah İsmail Xətai kimi böyük sərkərdələr bəxş etmiş və hər zaman Azərbaycan dövlətlərinin arxasında möhkəm dayanmış ərdəbil şəhəridir.

Onuda qeyd edək ki, Ərdəbilin əyalət statusu ilə təmin olunması məsələsi ilə bağlı İran parlamentində aparılan müzakirələrdə hökümət nümayəndələri güya Ərdəbillilərin hüquqlarının Şərqi Azərbaycan əyalətinin valiliyi tərəfindən pozulduğunu, Ərdəbil şəhərinin büdcəsinin güya Təbriz tərəfindən mənimsənildiyini, Ərdəbilin inkişafının qarşısının güya Təbriz tərəfindən alındığının əsas gətirərək Ərdəbilin Şərqi Azərbaycan əyalətindən qoparılıb müstəqil əyalət statusu ilə təmin olunmasına bəraət qazandıran dön geyindirməyə çalışır Ərdəbillə Təbriz arasında qarşıdurma törətməyə , qanı bir canı bir olan eyni millətin nümayəndələrini bir-birinin düşməninə çevirməyədə cəhd edirdilər. Ərdəbilin Əyalət olaraq Şərqi Azərbaycandan qoparılması mükün olsada mərkəzi hökümətin hazırladığı Ərdəbillə Təbrizi biri- birinə qarşı qoymaq planı gerçəkləşmədi , ictimaiyət nümayəndələri belə vəziyyətin yaranmasına imkan vermədilər.

Amma 1993-cü ilə qədər Azərbaycanın tərkibində olan Astara şəhəri Ərdəbil əyalətinə deyil Gilan əyalətinə birləşdirildi. Ərdəbiləyaləti, Ərdəbil, Biləsuvar, Parsaabad, Germi, Xalxal, Xiyov, Muğan, Nəmin, Nir, Səreyn və hüquqi baxımdan tabeçiliyində olmayan Astara şəhərlərindən ibarətdir ,bundan başqa bu əyalətin tabeçiliyinə 21 bölgə 63 qəsəbə və 2221 kənd daxildir.Ərdəbil, Cənubi Azərbaycanın şimal düzənliyində yerləşir, o şimaldan Qüzey Azərbaycan ,cənubdan Zəngan əyaləti,şərqdən İranın Gilan əyaləti və qərbdən Şərqi Azərbaycan əyaləti ilə həmsərhəddir Ərdəbil əyaləti (282,5 Km) uzunluğunda Azərbaycan Cumhuriyyəti ilə həmsərhəddir. Ərdəbil əyalətində 2 milyona yaxın əhali yaşayır,Əyalətin ümumi sahəsi 17987 kv,km-dir. Ərdəbil əyalətinin tabeçiliyində olan Mil-Müğan düzənliyi kənd təsərrüfatı məhsullarının istehsalı baxımından nəinki Ərdəbilin həmdə ümumiyyətlə İranın ən əhəmiyyətli mərkəzlərindəndir bu torpaqlar iranda ən məhsuldar torpaqlardır Ərdəbil Cənubi Azərbaycan və İranın əsas meyvə, Taxıl və ət məhsulları ehtiyaclarını təmin edir.

Azərbaycan dirəniş simvolu hesab olunan Savalan dağıda bu əyaltdə yerləşir, Şərqi Azərbaycanın Sarab və Ərdəbil əyalətinin Xiyao və Ərdəbil şəhərlərini ortasında yerləşən Savalan Xıdır İlyas peyğəmbərin qeybə çəkildiyi yer kimi və Cənubi Azərbaycanın ərazisinin böyük bir sahəsini su ilə təmin edən su xəzinəsi kimi əhalının müqəddəs saydığı ziyarətgahdır. Ərdəbirlin Səreyn Turist məntəqəsi isə Cənubi Azərbaycanin ən məşhur istirahət mərkəzlərindəndir. Əhali tərkibi baxımından Ərdəbil əyalətində ünivnrsitetlərdə müvəqqəti təhsil alan azsaylı tələbələrdən və ərdəbil əyalətinin ordu hissələrində hərbi qulluq dövrünü keçirən bir neçə yüz əsgərdən başqa qeyri Azərbaycanlı yaşamır Ərdəbil əyalətində Azərbaycanlıların nisbəti 100 faizdir.

Azərbaycanın Astara şəhəri İranın Gilan əyalətinin tabeçiliyinə verilsə də Cənubi Azərbaycan şəhəri olaraq qalmaqdadır.Azərbaycan parçalandıqdan sonra yarısı otay yarısı bu tayda qalan şəhərlərimizdəndir Astara şəhərinin ərazisi 335 kv.km-dir 96-ci ilin rəsmi məlumatına əsasən bu şəhərdə 64000 əhali yaşayır. Astara şəhri 1 bölgədən Heyran, Ləvəndil və Virmuni adlı 3 qəsəbədən və 71 kənddən ibarətdir.

Xəzərin cənub-qərb sahilində yerləşən Astara şəhəri Azərbaycandan qoparılması ciddi mübahisələrə və Azərbaycanlıların etirazlari ilə qarşılaşsada hökümətin qərarı ilə Gilan əyalətinə birləşdirilib amma əhalisinin tərkibini dəyişdirmək mümkün olmayıb Astara gömrük məntəqisinin qeyri-Azərbaycanlı işçiləri, məmurları və onların ailələrindən başqa bu şəhərdə qeyri -Azərbaycanlı yaşamır Astara coğrafi mövqeinə görə Cənubi Azərbaycanın son dərəcə əlverişli məkanında yerləşir müstəqil Azərbaycan dövləti ilə cənubi Azərbaycanın ən önəmli əlaqə mərkəzidir.

Astara, Azərbaycan torpağı olaraq qalır nə yazıq ki, Gilanın əyalətinin tərkibində!

Savə mahalı

Savə vilayətinin tabeçiliyinə 5 bölgə və 729 kənd daxildir. Savənin tabeçiliyində olan bölgələr Cəfərabad, Xarqan, Məzliqan, Zərənddən ibarətdir, məşhur Azərbaycan yazıçısı hüquqşunas Əli Kəmali də Savəlidir və Savənin Xarqan bölgəsində anadan olub Xarqan Savənin ən iri bölgəsi sayılır bu bölgənin ümumi sahəsi 2500 min kv-km-dir. Təkcə Xarqan bölgəsi 200 kənddən ibarət dir və Savə ərazisinin böyük bir hissəsəi və Həmədan əyalətinin çölləri Kalaiz, Takistan, Avşariyyə və...

Güney Azərbaycanın ayrılmaz hissəsi olan amma İran- fars dövlətinin ərazi islahatı nəticəsində inzibatı baxımdan Mərkəzi əyatlətinin tabeçiliyinə verilmiş Savə mahalı .

Savə Azərbaycan Türklərinin ən qədim yurdlarından biridir. Tarixçilərin qənaətinə görə Savə məşhur Azərbaycan pəhləvanı və bir müddət Türküstan dövlətinin başçısı olmuş Savə şahın adını daşıyır. Məşhur tarixi əsər Rövzətosəfa nın mülifi Savə şahı haqqında yazır:

Sasanı şahı Bəhram 12 min nəfərlik ordusu ilə Türkistan ölkəsini hökümdarı olan Savə şahla döyüşə girdi Savə mahalı Azərbaycan torpaqlarının şərq sərhədlərində yerləşir. Savə mahalınını mərkəzi Savə şəhəri isə İran paytəxti Tehrandan 126 km cənub-qərb tərəfdə yerləşir. Savə mahalı şimal tərəfdən şərti olaraq Azərbaycan